Bu gün İranın paytaxtı Tehranda baş nazirin müavini Şahin Mustafayevi qəbul edən İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın bu ölkədəki səfirliyinə hücumla bağlı məhkəmə prosesinin gedişatı barədə danışıb.
Oxu.Az "Fardanews"a istinadən xəbər verir ki, Məsud Pezeşkian terror hücumunu həyata keçirən Yasin Hüseynzadənin cinayət işinin nəzarətdə saxladığını açıqlayıb.
"Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin işi üzrə məhkəmə prosesi ilə bağlı biz hüquqi proseslərin tam həyata keçirilməsinə qədər bu məsələni izləyəcəyik", - deyə Məsud Pezeşkian vurğulayıb.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun barəsində bu ilin fevral ayında edam hökmü çıxarılıb.
İran prezidenti Azərbaycan səfirliyinə hücumla bağlı keçirilən məhkəmədən DANIŞDI
Rəylər