İranın boks üzrə millisinin məşqçisi İsa Gülməhəmmədi evinin bağında qətlə yetirilib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə Tehran əyalətinin Rabat-Kərim şəhər Polis İdarəsinin komandiri Teymur Kəlantəri məlumat verib.
Məlumata görə, bağın gözətçisi dindirilərkən etiraf edib ki, idmançı ötən gecə evə iki qadınla birlikdə gəlib. O bildirib ki, daha sonra odlu silahdan açılan atəş səsini eşidib və İsa Gülməhəmmədinin öldürüldüyünü görüb.
Qeyd olunub ki, qatillər idmançının telefonunu da götürərək, hadisə yerindən qaçıblar. Hələlik təqsirkarların axtarışları davam edir.
Rəylər