İsrailin hava hücumu nəticəsində öldürülən Livanın "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də baş tutacaq.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrailin Kan radiostansiyası məlumat verib.
Xatırladaq ki, sentyabrın 23-də İsrail "Hizbullah" hərəkatının birləşmələrinə qarşı "Şimal oxları" əməliyyatına başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi hədəflərinə kütləvi hava zərbələri endirib. Sentyabrın 27-də baş verən hücumlardan biri nəticəsində Nəsrullah Beyrutda öldürülüb. Hərəkat onun ölümünü təsdiqləyib və İsrailə qarşı müqaviməti davam etdirəcəklərinə söz verib.
Rəylər