DNT nümunələrinin tədqiqi Fələstinin HƏMAS hərəkatının liderlərindən biri olan Yəhya Sinvarın Qəzza zolağında məhv edilməsi faktını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət televiziya və radio şirkəti ölkənin təhlükəsizlik xidmətlərindəki mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Sinvarın kimliyinin təsdiqi onun keçmişdə İsrail həbsxanalarında saxlanması ilə asanlaşıb.
HƏMAS liderlərindən olan Yəhya Sinvar öldürüldü
İsrail ordusu Qəzza zolağında keçirilən əməliyyat nəticəsində aralarında HƏMAS siyasi bürosunun rəhbəri Yəhya Sinvarın da olduğu üç rəhbər şəxsin öldürülməsi ilə bağlı ilkin məlumat yayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusu (SAXAL) yayıb.
"İsrail Müdafiə Ordusu (SAXAL) və İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) lazımi ehtiyat tədbirlərini nəzərə alaraq, əməliyyatları davam etdirirlər. Bu məsələ ilə bağlı rəsmi açıqlamanın axşam saatlarında dərc olunması planlaşdırılır", - məlumatda qeyd olunur.
Rəylər