İsrailin Beyruta son hava zərbələrində əsas hədəf olan "Hizbullah"ın "müdafiə naziri" Vəfiq Səfa sağ qalıb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Livanın "Əl-Məyadin" telekanalı təşkilatdakı mənbəyə istinadən xəbər verib.
"Hizbullah" hərəkatının sabiq lideri Həsən Nəsrullahın kürəkəni olan Vəfiq Səfa hərəkatın təhlükəsizlik komitəsinə rəhbərlik edir. O, təşkilata 1984-cü ildə qoşulub.
Rəylər