Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk bölgəsinə daxil olmasını "strateji cəsarət" adlandırıb və Kiyevi daha çox hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi tövsiyə edib.
Oxu.Az xəbər verir ki, Jozep Borrel bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündə bildirib.
J.Borrel, həmçinin Qərb silahları ilə Rusiyaya hücumlara dair bütün məhdudiyyətləri aradan qaldırmağı məsləhət bilib.
Rəylər