Çeçenistan rəhbəri Ramzan Kadırov "Tesla" şirkətinin baş direktoru İlon Maskdan "Cybertruck" elektrik pikapını alıb və onu sınaqdan keçirib. Elektromobilin üzərinə pulemyot quraşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Kadırov özünün "Telegram" kanalında məlumat verib.
Kadırov avtomobilin "Kibervəhşi" adlandırılmasının səbəbsiz olmadığını şəxsən təsdiqlədiyini bildirib.
Onun sözlərinə görə, bu nəqliyyat vasitəsi Şimal-Şərq Hərbi Dairəsi zonasına göndəriləcək.
Rəylər