"Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının pilotsuz uçan aparatlarının (PUA) idarəetmə mərkəzinə endirilən zərbələr Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin Universitetinə hücuma cavabdır".
Oxu.Az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.
Onun sözlərinə görə, saat 04:00-da (Bakı vaxtı ilə 05:00 - red.) və səhər saat 05:30-da (Bakı vaxtı ilə 06:30 - red.) Rusiya Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələri mərkəzə iki zərbə endirib.
"Çərşənbə axşamı Qudermesə uçan PUA məhz bu binadan idarə olunub", - Kadırov "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, əlavə zərbələr nəticəsində ölən və yaralananlar var.
"Rusiya Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələrinin məlumatına görə, ələ keçirilən radio danışıqlarda ukraynalılar doqquz nasistin həlak olması və daha 17 nəfərin yaralanması barədə məlumat veriblər", - o yazıb.
Rəylər