Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin videoda ona nə dediyini təxmin edə bilənə bir milyon rubl vəd edib.
"Vacib şərt ən ətraflı cavabı bu videonun altındakı şərhdə dərc etmək və bu videomaterialı "Telegram" və ya "Instagram"da hekayə bölümündə paylaşmaqdır", - o deyib.
Kadırov əlavə edib ki, onun çevrəsindən bəzi adamlar söhbətin nədən getdiyini bilirlər, lakin onlar düzgün cavabın sızmasının qarşısını alacaqlarına söz veriblər.
Qeyd edək ki, Putinin Özbəkistana səfəri mayın 26-27-də baş tutub. Görüş zamanı Putinlə Mirziyoyev Kadırovla ayaqüstü söhbət ediblər.
Mənbə: Kommersant
Rəylər