Uels şahzadəsi Keyt Middltonun keçdiyi kimyaterapiya kursu təhlükəli yan təsirlərə səbəb olub.
Bu barədə onun həkimi Sturt Fişer bildirib.
Onun sözlərinə görə, xərçəng və kimyaterapiya şahzadənin bədəninə, o cümlədən sümük iliyinə, bağırsağın selikli qişasına, saçına və dərisinə zərər verib.
Bildirilib ki, kimyaterapiya Middltonu tükədib, lakin o bunu gizlətməyə çalışır.
Yeri gəlmişkən, şahzadə hazırda üç uşağı və əri Şahzadə Uilyamla malikanəsində tamamilə təcrid olunub. Kensington Sarayı şahzadənin şəxsi həyatına hörmət etdiyi üçün onun müalicəsinin təfərrüatını açıqlamır.
Mənbə: RadarOnline
Rəylər