İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri general-mayor İsmayıl Kaani sağdır.
Oxu.Az-ın "Fars" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə Kaaninin müavini SEPAH generalı İrac Məscidi məlumat verib.
"Çox adam general Kaaniyə nə olduğunu soruşur. Cavab olaraq bildirim ki, o sağdır və işləri ilə məşğuldur. Bəziləri bəyanat verməsini istəyir. Nə üçün? Buna ehtiyac yoxdur", - deyə Məscidi bildirib.
Etibarlı mənbələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri general-mayor İsmayıl Kaaninin ölümünü təsdiqləyiblər. Onun meyiti İranın xarici işlər naziri Abbas Əraqçının Beyruta səfəri zamanı Tehrana gətirilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Mənbələrdən birinin sözlərinə görə, cümə axşamı hücum baş verəndə Kaani Beyrutun cənub ətrafında olub. O da vurğulanıb ki, həmin hücum zamanı Həsən Nəsrullahın mümkün varisi Haşim Səfiəddin hədəf alınıb. Lakin rəsmi şəxs Kaaninin Səfiəddinlə görüşü olmadığını qeyd edib. Mənbə, həmçinin əlavə edib ki, o vaxtdan bəri iranlı rəsmilər və "Hizbullah" hərəkatının nümayəndələri Kaani ilə əlaqə saxlaya bilməyiblər.
İkinci rəsmi şəxs də təsdiqləyib ki, Kaani Nəsrullahın ölümündən sonra Livana gedib və Səfiəddinə qarşı ehtimal olunan hücumdan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd etmək lazımdır ki, Kaani bu vəzifəyə Qasim Süleymaninin yerinə təyin edilmişdi.
Rəylər