"Lexus" şirkəti "Lexus LX" yolsuzluq avtomobilinin yeni versiyasını təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə Yaponiya brendinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, "Lexus"un yeni modeli "LX 700h" paralel hibrid sistemlə təchiz olunub.
Həmçinin hibrid sistemin akkumulyatoru xüsusi olaraq sudan qorunur.
Qeyd olunur ki, "Lexus LX" tarixində ilk dəfə olaraq hibrid güc aqreqatoruna malikdir.
Rəylər