Rusiyanın Sankt-Peterburq şəhərində rəsmi dilerdən bahalı avtomobil oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə fontanka.ru-ya məlumat yayıb.
Diler məntəqəsinin əməkdaşı polisə müraciət edərək bildirib ki, naməlum şəxs satışda olan qara rəngli, dövlət nömrə nişanı olmayan "Lexus LX 570" avtomobilini qaçırıb.
Avtomobilin qiyməti 22 milyon rubl (408 750 manat) təşkil edir. Cinayətkarın dəqiq harada olduğu məlum deyil. Polis kamera görüntülərini araşdırır.
Rəylər