Mahaçqalada (Dağıstan Respublikası, Rusiya) yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Oxu.Az bu barədə "İzvestiya"ya istinadən xəbər verir.
"22 nəfər xəsarət alıb, onlardan 12-si ölüb. Ölənlərdən ikisi uşaqdır", - deyə nəşrin mənbəsi bildirib.
Məlumata görə, Mahaçqaladakı tibb müəssisələrinə 7 nəfər yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır, qalanlarının vəziyyəti isə ortadır. Dörd zərərçəkənə ambulator şəraitdə tibbi yardım göstərilib.
Hadisə yerində dörd tibb briqadası işləyir.
Mahaçqalada yanacaqdoldurma məntəqəsində güclü partlayış: Ölənlərin sayı artdı
Dağıstan hökuməti Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışda həlak olanların xatirəsinə 28 sentyabrı matəm günü elan edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə region başçısı Sergey Melikov özünün "Telegram" kanalında məlumat verib.
"Dağıstanda 28 sentyabrı matəm günü elan etmək qərarına gəldim. Bir daha evlərinə hüzn gələnlərə başsağlığı verirəm. Başa düşürəm ki, ən doğma və sevimli insanların itkisindən yaranan ağrını yüngülləşdirə biləcək sözlər yoxdur. Ancaq bilmənizi istəyirəm ki, biz sizinləyik və hər şeydə dəstək olacağıq", - deyə Melikov yazıb.
Melikovun imzaladığı fərmana əsasən, respublikanın bütün ərazisində dövlət bayraqları endiriləcək. Mədəniyyət müəssisələri və teleradio şirkətləri bütün əyləncə tədbirlərini və verilişlərini ləğv edəcəklər.
"Eyni fərmanla region rəhbəri hökumətə həlak olanların ailələrinə və zərərçəkənlərə yardım göstərilməsi üçün zəruri tədbirlərin görülməsini tapşırıb", - deyə Dağıstan başçısının administrasiyasının Mətbuat Xidməti bildirib.
Son məlumatlara görə, yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 10 nəfər, o cümlədən iki uşaq həlak olub, daha 11 nəfər xəsarət alıb.
Mahaçqalada (Dağıstan Respublikası, Rusiya) yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
"Yenilənmiş məlumata görə, ümumilikdə 17 nəfər yaralanıb, təəssüf ki, ikisi uşaq olmaqla 7 nəfər ölüb", - deyə məlumatda bildirilir.
Xilasedicilər hadisə yerində ölən bir nəfərin cəsədini dağıntılar altından çıxarıblar.
Partlayış yerində dağıntıların təmizlənməsi davam edir.
Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin kənarında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış olub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS şəhər meriyasına istinadən məlumat yayıb.
Dağıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, partlayış nəticəsində 3 nəfər ölüb.
Rusiya KİV-i partlayışın yanacaqdoldurma məntəqəsində yanğına səbəb olduğunu yazır.
Dağıstanın rəhbəri Sergey Melikov yanacaqdoldurma məntəqəsində partlayış baş verən yerə gəlib.
Rəylər