Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsindən əldə etdiyi gəlirin bir hissəsini İsrail xəstəxanalarına və fələstinlilərə tibbi yardım göstərən beynəlxalq humanitar təşkilata yönəldəcəyini açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə o, özünün sosial şəbəkə hesabından elan edib.
“X” korporasiyası Qəzza müharibəsi ilə bağlı bütün reklam və abunə gəlirlərini İsraildəki xəstəxanalara və Qəzzadakı Qızıl Xaç/Aypara Cəmiyyətinə bağışlayacaq”, - deyə Mask bildirib.
Milyarder onların necə xərclənəcəyinə nəzarət edəcəyini də vurğulayıb.
Rəylər