Nigeriyanın Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi meymunçiçəyi xəstəliyindən ilk ölüm hadisəsini qeydə alıb.
Bu barədə qurumun saytında məlumat verilib.
Mərkəzdən verilən açıqlamaya görə, indiyədək ölkədə bu virusa 21 yoluxma halı təsdiqlənib.
Ölən şəxsə gəlincə, onun immunosupressiv dərmanlar qəbul edən və əlavə xəstəlikləri olan 40 yaşlı kişi olduğu bildirilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 23 ölkədə 257 yoluxma halı qeydə alınıb. Daha 120 hal isə hələlik təsdiqlənməyib. Ən çox yoluxma 106 nəfər olmaqla Böyük Britaniyada baş verib.
Rəylər