Nepalda torpaq sürüşməsi səbəbindən iki avtobus aşaraq çaya düşüb. Hadisə nəticəsində azı 65 nəfər itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Polisin məlumatına görə, Katmanduya gedən avtobusda 24 nəfər, digər Katmandu-Gaur avtobusunda isə 41 nəfər olub. Qəza zamanı üç sərnişin avtomobildən çıxa bilib.
Qeyd edək ki, hadisə baş verən yolun bir hissəsi sürüşmə səbəbindən bağlanıb.
Rəylər