"Nissan" "SEMA" tüninq şousu üçün xüsusi olaraq hazırlanmış qeyri-adi pikapını nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.
Bu, sivilizasiyadan uzaq futbol matçlarını izləmək üçün xüsusi olaraq hazırlanan yenilənmiş versiyasıdır. Bu məqsədlə pikap iki 43 düymlük televizor ekranı və peyk vasitəsilə internetə çıxış modulu ilə təchiz edilib.
"Project Trailgater" adlandırılan pikap "Music City Trucks" tüninq studiyası ilə birlikdə hazırlanıb. Yük maşınının multimedia avadanlığı sırasına televiziya ekranları, "Starlink" video-striminq dəsti və akustik sistem daxildir. Onlar əlavə litium batareya və ya günəş panelləri ilə təchiz edilib. Sivilizasiyadan uzaq bir həyat üçün yük maşını qazlı manqal, soyuducu və çanaq da daxil olmaqla bir sıra mətbəx avadanlığı ilə təchiz edilib.
Standart olaraq "Nissan Frontier" doqquz pilləli avtomatik transmissiya və tam ötürücü ilə birlikdə 310 at qüvvəli 3.8 litrlik V6 mühərriklə təchiz edilib.
"Rad Factory" atelyesi də SEMA-da orijinal səyahət pikapını nümayiş etdirməyi planlaşdırır. Arxasında yaşayış modulu olan yük maşını birinci nəsil "Porsche Cayenne" krossoveri əsasında hazırlanıb.
Rəylər