2024-cü il Paris Olimpiya Oyunlarında üzgüçülük və triatlon yarışlarının keçirildiyi Sena çayı çirklənmə qalmaqalı ilə gündəmdəki yerini qoruyur. Fransız mediası çayın çirklənmə səviyyəsinin olimpiya təşkilatçılarının açıqladığı rəqəmlərdən qat-qat yüksək olduğunu iddia edib.
Oxu.Az-ın verdiyi məlumata görə, Türkiyənin nüfuzlu "Haber Global" kanalı bununla bağlı süjet hazırlayıb.
Reportajda Fransanın "Mediapart" xəbər saytına istinadla bildirilir ki, Paris Bələdiyyəsinə bağlı "Eau De Paris" laboratoriyası Sena çayındakı su keyfiyyətinin olimpiya oyunlarının başlanğıcından bəri cəmi 10 gündən ikisində üzmək üçün yetərli səviyyədə olduğunu açıqlayıb.
"27 iyul - 5 avqust tarixləri arasında çaydan götürülən nümunələrdə E.Coli (koli basili) bakteriyası insan orqanizminin dözə biləcəyi həddən yuxarıdır. Bəzi idmançıların Sena çayında fərdi yarışlardan sonra xəstələnmələri çayın çirkliliyi mübahisələrini alovlandırsa da, Paris meri Ann İdalqo çayın təmiz olduğunu müdafiə edərək, Sena çayında üzdüyü üçün xəstələnən və ya yarışdan çəkilən heç bir idmançı olmadığını dedi, xəbərləri yalan adlandırdı", - deyə jurnalist bildirib.
Süjetdə belçikalı idmançı Kler Mişelin Sena çayında fərdi yarışlardan sonra E.Coli bakteriyasına yoluxması səbəbi ilə Belçika komandasının triatlon qarışıq komanda finalından çəkildiyini xatırladılıb:
"Portuqaliyalı triatlet Vaşku Vilasa da yarışdan sonra mədə-bağırsaq infeksiyası ilə uyğun simptomlar göstərmişdi. O, suyun keyfiyyətinin pis vəziyyətdə olduğunu, bura gəldiklərindən bəri Sena çayında heç məşq edə bilmədiklərini deyib".
Qeyd edək ki, 1923-cü ildən bəri çirklənmə və gəmi nəqliyyatının yaratdığı təhlükələr səbəbi ilə üzməyin qadağan olunduğu Sena çayının təmizlənməsi üçün Fransa hökuməti 2015-ci ildən bəri 1.4 milyard avro xərcləyib. Lakin görünür ki, bu səylər hələ də çayı olimpiya standartlarına uyğun vəziyyətə gətirməyə yetməyib.
Ətraflı süjetdə:
2024-cü il Paris Olimpiya Oyunlarında üzgüçülük və triatlon yarışlarının keçirildiyi Sena çayı çirklənmə qalmaqalı ilə gündəmdəki yerini qoruyur. Fransız mediası çayın çirklənmə səviyyəsinin olimpiya təşkilatçılarının açıqladığı rəqəmlərdən qat-qat yüksək olduğunu iddia edib.
Rəylər