"Pakistan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə qoşulmağa hazırdır".
Bunu Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Beynəlxalq İnformasiya Texnologiyaları Forumunda çıxış edən Pakistanın Moskvadakı səfiri Məhəmməd Xalid Camali deyib.
"Biz prinsipcə layihəyə qoşulmağa razıyıq və bununla bağlı müvafiq prosedura başlamışıq", - deyə Pakistan diplomatik missiyasının rəhbəri bildirib.
Diplomat Böyük İpək Yolu marşrutunun canlandırılması perspektivlərinə də toxunub.
"Biz tarixi İpək Yolunu canlandırmağa çalışırıq. Atrıq Pakistanın sitrus meyvələrinin ilk partiyası Azərbaycan və İran vasitəsilə Dağıstana gəlib", - deyə o əlavə edib.
Mənbə: TASS