Polşada vətəndaşların təşəbbüsü ilə miqrantlar üzərində könüllü nəzarət dəstələri yaradılıb.
Oxu.Az bu barədə "Komsomolskaya Pravda"ya istinadən xəbər verib.
Qeyd olunur ki, bir müddət əvvəl Polşanın Srema çimərliyində miqrantlar arasında baş verən kütləvi dava nəticəsində bir neçə şəxs xəsarət alıb. Bu hadisədən hiddətlənən yerli sakinlər ictimai nəzarəti təmin etmək məqsədilə könüllü dəstələr yaratmaq qərarına gəliblər.
Yerli sakinlər bildiriblər ki, Polşa ərazisində yaşayan istənilən şəxs təhlükəsizlik və asayişə riayət etməlidir.
Rəylər