Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.
"Portuqaliya Ukraynanı qeyd-şərtsiz dəstəkləyir. Mən onu da bildirmək istəyirəm ki, bu il bir qədər sonra biz verilən 126 milyon avroya daha 95 milyon avro əlavə edəcəyik", - deyə Vaşinqtonda keçirilən sammiti zamanı Portuqaliyanın Baş naziri Luis Monteneqro bəyan edib.
Bundan başqa, Avstraliya da Ukraynaya təxminən 250 milyon dollar dəyərində hərbi yardım verəcək.
"Hökumət Avstraliyanın 250 milyon dollar dəyərində ən böyük tək hərbi yardım paketini elan edir", - deyə ölkənin Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunmuş press-relizdə deyilir.
Rəylər