Rusiyanın Daxili İşlər Nazirliyi ölkə ərazisində uzun müddət qalmaq istəyən miqrantlar üçün yeni qaydalar haqqında məlumat yayıb.
“Komsomolskaya Pravda” xəbər verir ki, həmin şəxslər üçün hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə “Miqrant” mobil tətbiqi yaradılıb.
Miqrantlar şəkillərini, barmaq izlərini, olunduqları peyvəndlər və keçirdikləri xəstəliklər haqqında məlumatları, məhkumluq barədə arayışları, rəqəmsal profilləri və digər şəxsi məlumatları tətbiqə daxil etməlidirlər.
Nazirlikdən həmçinin bildirilib ki, mayın 30-da hökumət 2019-2025-ci illər üçün dövlət miqrasiya siyasəti konsepsiyasının 2020-2022-ci illərdə həyata keçirilməsi üçün tədbirlər planını təsdiqləyib.
Bunlar arasında miqrasiya sahəsində təhlükəsizliyin və qanunun aliliyinin təmin edilməsi, habelə əmək miqrasiyasının tənzimlənməsi mexanizmləri də var.
Nazirlik vahid informasiya platforması yaratmağı da planlaşdırır. Burada miqrantlar haqqında bütün məlumatlar öz əksini tapacaq.
Rəylər