Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov Niderlanda nüvə zərbəsi endirilməsinə çağırıb.
O, bu fikri "Vladimir Solovyovla bazar axşamı" teleşousunun efirində çıxışı zamanı səsləndirib.
Andrey Qurulyovun sözlərinə görə, Avropanın karbohidrogen ehtiyatlarının təxminən 50-60%-i Niderland sahillərində yerləşir. Onun fikrincə, bu, kritik dərəcədə zərər vurmağa qadir olan qoşunlar üçün "yağlı hədəfdir" və bunun nəticəsində "Avropa diz çökəcək".
"Yeri gəlmişkən, bu, bir günün işi deyil. Nüvə silahının minimal istehlakı ilə. Minimal", - deyə deputat qeyd edib.
Öz növbəsində, proqramın aparıcısı Vladimir Solovyov deputatdan sursatın nüvə başlığı olub-olmayacağını dəqiqləşdirib.
"Mütləq şəkildə", - deyə parlamentari cavab verib.
Mənbə: MK.ru
Rəylər