"Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası faktiki olaraq Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplayır".
Oxu.Az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.
O bildirib ki, ABŞ və müttəfiqləri Ukrayna və bir sıra dövlətlərdə mövcud marionet hakimiyyətlər vasitəsilə Rusiyanın qonşuluğundakı münaqişə ocaqlarını alovlandırmaq üçün istənilən addımı atmağa hazırdırlar.
"Bu regiona müdaxiləyə, məsələn, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasını göstərmək olar. Kanadadan olan "ekspert"in də onun tərkibinə daxil edilməsi ilə bu missiya NATO-nun naməlum məqsədlərə xidmət edən əməliyyatına çevrilib. Bu müşahidə missiyasının məxfiliyi, nə Ermənistana, nə də Azərbaycana tabe olması onun Qərbin hibrid müharibə aləti olduğunu deməyə əsas verir", - deyə Mixail Yevdokimov vurğulayıb.
Rəylər