İraqın Baş naziri Məhəmməd Əs-Sudani İsrail hücumu nəticəsində həlak olan Livanın "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullahın xatirəsinə üç günlük matəm elan edib.
Oxu.Az bildirir ki, bu barədə İraq hökumət başçısının Mətbuat Xidməti məlumat yayıb.
"Baş nazir Məhəmməd əs-Sudani cinayətkar sionist təcavüzü nəticəsində şəhid olan "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın xatirəsinə İraq ərazisində üç günlük ümumi matəm keçirilməsi barədə sərəncam verib", - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, İsrail Müdafiə Ordusu (SAXAL) Beyrutun cənub ətrafına edilən hava hücumu nəticəsində şeyx Nəsrullahın öldürüldüyünü xəbər verib. Hücum cümə günü "Hizbullah" rəhbərliyinin müşavirəsi zamanı baş verib.
"Hizbullah" rəsmi olaraq lideri Həsən Nəsrullahın ölümünü təsdiqlədi.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Shot" "Telegram" kanalı xəbər verib.
Bundan əvvəl "Ynet" xəbər vermişdi ki, İsrail Həsən Nəsrullahı öldürmək üçün Beyrutun ətrafındakı bunkerin üzərinə hər biri 1 ton ağırlığında 80-dən çox bomba atıb.
İraq Həsən Nəsrullahın ölümü ilə əlaqədar üç günlük matəm elan etdi
İsrail Müdafiə Ordusu (SAXAL) Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın öldürüldüyünü rəsmi olaraq təsdiqləyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə SAXAL-ın "Telegram" kanalında bəyan edilib.
"Həsən Nəsrullah dünən (27 sentyabr) İsrail HHQ-nin Beyruta zərbəsi nəticəsində məhv edilib", - deyə məlumatda qeyd olunub.
Bundan əvvəl bildirilmişdi ki, İsrailin Beyrutun cənubuna hava zərbəsi nəticəsində "Hizbullah" liderinin həyat yoldaşı və qızı da həlak olublar.
Rəylər