Sudanda göyərtəsində yardım daşıyan təyyarə vurulub.
Oxu.Az xəbər verir ki, bu barədə "War Monitor" məlumat yayıb.
Məlumata görə, İl-76 təyyarəsi Şimali Darfurda üsyançıların Çevik Reaksiya Qüvvələri tərəfindən səhvən vurulub. Onun BƏƏ-dən yardım yükü ilə uçduğu güman edilir.
Xatırladaq ki, 2023-cü ilin aprelində Sudanda hökumətin Silahlı Qüvvələri ilə Xüsusi Təyinatlı Qüvvələr arasında müharibə başlayıb.
Rəylər