Sudanın şərqində leysan səbəbindən bədbəxt hadisə baş verib.
Qırmızı dənizin yaxınlığında yerləşən Port Sudan şəhəri üçün əsas şirin su mənbəyi olan Arbaat su bəndi uçub.
Bu barədə Oxu.Az Bnnbloomberg.ca-ya istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində ən azı 60 nəfər ölüb. Həmçinin, çox sayda insan itkin düşüb. Sel evləri dağıdıb, axın nəqliyyat vasitələrini aparıb və vətəndaşları hündür yerlərə qaçmağa vadar edib.
Rəylər