Qəzza zolağında atəşkəs razılaşması İranı İsrailə birbaşa hücumdan saxlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" İran rəsmilərinə istinadən məlumat yayıb.
"Yalnız Qəzzada atəşkəs razılaşması İranı HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə birbaşa cavab verməkdən saxlayacaq", - məqalədə qeyd olunur.
Bildirilir ki, İran Livanın "Hizbullah" hərəkatı da daxil olmaqla müttəfiqləri ilə birlikdə Qəzzada danışıqlar pozulduğu təqdirdə və ya Tehran İsrailin məsələni uzatdığını hiss etsə, birbaşa hücuma keçəcək. Mənbələr İranın cavab verməzdən əvvəl danışıqlarda irəliləyişi nə qədər gözləyəcəyini açıqlamayıblar.
Qəzzada atəşkəs İrana daha az "simvolik" cavab verməsi üçün bəhanə ola bilərdi. Haniyə və "Hizbullah"ın yüksəkrütbəli komandiri Fuad Şükrünü öldürülməsinə cavab olaraq müttəfiqlər addımlar atsalar, Tehran onları dəstəkləyəcəyini bildirib.
Rəylər