Türkiyənin Kilis rayonuna 2 minaatan mərmi atılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri hücuma cavab verir.
Məlumata görə, mərminin düşdüyü ərazidə yanğın baş verib.
Türkiyə Silahlı Qüvvələrinin hücuma "MLRA", artilleriya və tank atəşi ilə cavab verdiyi bildirilir.
Mərminin Suriyanın Azez şəhərindən gəldiyi iddia olunur.
Türkiyə ərazisinə iki mərmi atıldı: Ordu hücuma cavab verir
Rəylər