Türkiyə parlamenti 17 maddədən ibarət "Heyvanların mühafizəsi haqqında" qanun layihəsinin ilk beş maddəsini qəbul edib.
Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, müzakirələr təxminən 14 saat davam edib.
Qəbul edilən maddələrdə sığınacaqlarda toplanacaq itlərlə bağlı qaydalar, sahibsiz itlərin evtanaziyası, sahibsiz itlərin himayəyə götürülməsi qaydaları, insan sağlamlığı üçün təhlükə törədən sahibsiz itlərə görə məsuliyyət bölgüsü nəzərdə tutulub.
Rəylər