Türkiyə Suriya ərazisindən çıxmaq üçün şərtləri açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler "Reuters"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, bunun üçün yeni konstitusiya qəbul edilməli, seçki keçirilməlidir.
"Həmçinin sərhədlərin təhlükəsizliyi təmin olunmalıdır. Yalnız bundan sonra Türkiyə Suriyadan çıxa bilər", - deyə o bildirib.
Güler, həmçinin qeyd edib ki, Türkiyə və Suriya müdafiə nazirlikləri arasında görüş ola bilər. O xatırladıb ki, daha əvvəl oxşar formatda görüş Rusiyanın paytaxtı Moskvada da olub:
"Ortaq nöqtəyə gəldiyimiz məsələlərlə bağlı yenə görüşlər ola bilər".
Rəylər