İstanbul polisinin keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının 35 üzvü saxlanılıb.
Oxu.Az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verib.
Qeyd olunur ki, həbslər İstanbul prokurorluğunun PKK tərəfdarı barəsində apardığı istintaq çərçivəsində həyata keçirilib.
Türkiyənin Mardin şəhərində isə polislərlə terrorçular arasında atışma olub.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında yazıb.
Nazir qeyd edib ki, silahlı insident nəticədə qırmızı bülletenlə axtarılan PKK üzvü Ramazan Aktaş öldürülüb.
🟥 Kırmızı kategoride aranan PKK/KCK terör örgütü mensubu Faraşin-Bedran (Kod adlı) Ramazan Aktaş Mardin’in Artuklu ilçesinde bir eve düzenlenen “GÜRZ-19” Operasyonunda çıkan çatışmada etkisiz hale getirildi❗️
— Ali Yerlikaya (@AliYerlikaya) October 25, 2024
Hainlere nefes aldırmayacağız. Operasyonlarımız yılın 365 günü… pic.twitter.com/Kqt0054Oho
Rəylər