Türkiyənin Antalya şəhərinin Serik rayonunda yaşayan gənc fermer pərəstişkarı olduğu məşhur türkiyəli müğənni Funda Arara heyranlığını qeyri-adi üsulla bəyan edib.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Təxminən 10 il əvvəl konsertinə qatıldığı və bir neçə dəfə Funda Ararla şəkil çəkdirmək şansı olan Atakan Şahin adlı gənc öz traktoru ilə tarlasına müğənninin adını yazıb və bu hərəkəti ilə gündəm olub.
"Funda Arara olan bu heyranlıq son nəfəsimə qədər davam edəcək" , - deyə Atakan böyük heyranlığını dilə gətirib.
Gəncin sözlərinə görə, bu, asan olmayıb və bir gün tarlada işləyib.
"Əkinçiliklə məşğulam. Funda Ararın mahnıları ilə böyümüşük və 10 ilə yaxındır ki, onun pərəstişkarıyıq. Mənim heyranlığım bu günə qədər də davam edir. Heyranlığım 2015-ci ildə Funda Ararın Serikdə konsertində başladı. Onun konsert verdiyi yerlərə gedirdim. Və sonunda ona heyranlığımı göstərmək üçün belə bir qərara gəldim və fərqlənmək istədim. Asan görünsə də, çətin işdir. Allah bəyənənlərdən də, bəyənməyənlərdən də razı olsun. Öz traktorum və texnikamla yazmağım bir gün çəkdi. Əvvəlcə eskizini çəkdik və ona uyğun olaraq planlaşdırdıq. Traktorun şumlama hissəsi ilə yazdım, tanıdığım bir fotoqraf dostum da dronla çəkdi və ortaya gözəl bir mənzərə çıxdı" , - deyə Atakan Şahin əlavə edib.
Türkiyənin Antalya şəhərinin Serik rayonunda yaşayan gənc fermer pərəstişkarı olduğu məşhur türkiyəli müğənni Funda Arara heyranlığını qeyri-adi üsulla bəyan edib.
Rəylər