Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 epidemiyası nəticəsində dünyada gözlənilən orta ömür uzunluğunun təxminən iki il azaldığını açıqlayıb.
Bu barədə ÜST-nin saytında açıqlama verilib.
Bildirilib ki, 2019-2021-ci illərdə COVID-19 epidemiyası səbəbindən dünya üzrə orta ömür uzunluğu 1,8 il azalaraq orta hesabla 71,4 yaşa düşüb.
"COVID-19 epidemiyası cəmi iki il ərzində gözlənilən orta ömür uzunluğundakı 10 illik artımı əks istiqamətə çevirdi", - deyə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus mövzu ilə bağlı qeyd edib.
Qebreyesus həmçinin gələcək nəsillərin qorunması üçün ölkələrin qlobal epidemiya sazişi ilə bağlı razılığa gəlmələrinin zəruriliyini vurğulayıb.
Mənbə: NTV.com.tr