Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatə edən Avropa regionunda böyüklər hər il orta hesabla 9.2 litr təmiz spirt qəbul edirlər. Bu, dünyada ən yüksək göstəricidir.
Oxu.Az xəbər verir ki, bu barədə ÜST paylaşım edib.
Qeyd olunur ki, Şimali və Cənubi Amerikada bu rəqəm 7.5 litr təşkil edir.
"Avropa regionu dünyada ən yüksək alkoqol istehlakı və bununla bağlı zərərlər, həmçinin ən aşağı abstinensiya (nədənsə könüllü imtina - red.) göstəriciləri ilə bağlı inanılmaz rekorda sahib olmaqda davam edir", - deyə məlumatda bildirilib.
Planetin ən çox içki içən ölkələri Rumıniya (hər sakin üçün ildə 17 litr spirtli içki), Gürcüstan (14.3 litr) və Çexiyadır (13.3 litr).
Rəylər