"Volkswagen" şirkəti "AirConsole" oyun platformasına dəstəyin tezliklə bəzi elektrik avtomobillərinin media sistemlərində görünəcəyini açıqlayıb.
Oxu.Az bu barədə auto.ru-ya istinadən xəbər verir.
Vəd edilib ki, nəticədə "Volkswagen" istifadəçiləri yarışlar və viktorinalar da daxil olmaqla 130-dan çox müxtəlif növ oyuna çıxış əldə edəcəklər. Sentyabr ayında yeniliyin tədricən paylanmasına başlanmalıdır.
Oyun platformasına daxil olmaq üçün aktiv internet bağlantısı tələb olunacaq və kontrollerlər əvəzinə istifadəçilər QR kodu skanerdən keçirməklə sinxronlaşdırılmış öz smartfonlarından istifadə edə biləcəklər. Siz yalnız stasionar avtomobillərdə - məsələn, dayanacaqda və ya batareya doldurularkən oynaya bilərsiniz.
Yeni variant "Volkswagen ID.7"də 15 düymlük displeyli "Pro S" komplektasiyasında debüt edəcək. Daha sonra oyunlar digər elektrikli avtomobillərdə də peyda olacaq və 2025-ci ildə "Volkswagen"in bu yeniliyi ənənəvi modellərə, o cümlədən "Golf", "Passat" və "Tiguan"a tətbiq etməyi gözlənilir.
Rəylər