Misirdə piramidanı fəth edən itin gəzintiyə özü ilə "dostlar"ını gətirdiyinə dair görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Life.ru məlumat yayıb.
Daha əvvəl dördayaqlı "qaya alpinistinin" göründüyü Xeops piramidasının zirvəsində bir it sürüsünün gəzdiyinə dair video çəkilib. Maraqlıdır ki, dünyanın möcüzələrindən birinin hündürlüyü 50 mərtəbəli göydələnə bərabərdir, lakin bu, heyvanların gəzintisinə mane olmur.
İtlərin piramidaların ərazisində gəzintidən bu qədər həzz aldıqlarının səbəbi məlum deyil. Turistlər daha əvvəl də burada itləri görüblər. Maraqlıdır ki, itlər kifayət qədər mehribandırlar və insanlarla rahat ünsiyyət qururlar.
Rəylər