Yaponiyanın "Qnote" şirkəti qeyri-adi "işçiləri" ilə - müxtəlif ofis rollarını yerinə yetirən pişiklərlə sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Şirkət meneceri Nobuyuki Tsurutanın sözlərinə görə, pişiklər ofisdə komanda ruhunu qorumağa kömək edirlər.
Şirkət ilk pişiyini 2004-cü ildə "işə götürüb". O vaxtdan bəri "tüklü işçilərin" sayı artıb və hazırda şirkətdə 10 pəncəli köməkçi var. 2020-ci ildə yeni dördmərtəbəli ofis binasına köçdükdən sonra şirkət ikinci və üçüncü mərtəbələri xüsusi olaraq pişiklər üçün təchiz edib.
"Qnote"də hər bir pişiyin öz "vəzifəsi" var. Məsələn, Futaba pişiyi "sədr postu"nu tutur, digər heyvanlar arasında isə "kargüzar" və "müfəttiş" rolunu yerinə yetirənlər var. Altı pişik Futabanın nəslindəndir.
Dördayaqlı "işçilər" məhsuldar işi təşviq edən və komandada stresi azaldan mühit yaratmağa kömək edirlər. Digər şeylərlə yanaşı, pişiklər insanları işdə fasilə verməyə məcbur edirlər.
Şirkətin baş direktoru qeyd edir ki, bir çox işçilər də evdə pişik saxlayır. O, pişiklərə diqqətin yeni işçilərin cəlb edilməsinə, həmçinin işdən çıxarılmaların azaldılmasına kömək etdiyini bildirib. Şirkətin iş elanlarında da yazılıb ki, namizədlər pişikləri sevməlidirlər.
"SuperJob"un 2021-ci il sorğusuna görə, 2011-ci ildə şirkətlərin 15%-dən çoxunun ofislərində ev heyvanları olub. Respondentlər qeyd ediblər ki, heyvanlar ofis məkanını daha rahat edir, həmçinin işçilərin stresini azaldır. Ən məşhur ofis "işçiləri" balıqlar, pişiklər, tutuquşular, tısbağalar və itlər olublar.
Rəylər