2026-cı ildə premium krossover "BMW X5"in tamamilə yeni nəsli təqdim olunacaq. Onun görünüşü tarixində ən böyük dəyişikliklərə məruz qalacaq.
Oxu.Az xəbər verir ki, bu barədə auto.mail.ru məlumat yayıb.
Bu il "BMW X5" krossoveri öz 25 illik yubileyini qeyd edir. Bavariyalılar bu əlamətdar günü "X5"in xüsusi versiyasının buraxılışı ilə qeyd ediblər (ilk avtomobillər 1999-cu ildə ABŞ-nin Spartanburq şəhərində konveyerdən çıxıblar). O vaxtdan bəri "X5"in bir neçə nəsli dəyişib, sonuncusu isə 2018-ci ildə debüt edib. "G05" indeksli "X5" artıq dəyişdirilməyə hazırlanır.
Yeni "BMW X5" öz tarixində ən böyük dəyişikliklərə məruz qalacaq. Dizayn "BMW"nin korporativ imicinin dəyişməsini əks etdirən "Neue Klasse" konsept avtomobillərinin üslubunda olacaq.
Yeni "BMW X5" dizayn baxımından insan kəlləsinə bənzədilir.
Böyük (3.1 metrdən çox) təkər bazası "X5"in sırf elektrik variantı nəzərə alınmaqla hazırlandığını açıq şəkildə göstərir - bu cür modellərdə ön və arxa oxlar arasında yerləşdirilmiş nəhəng 800 V batareya olacaq. "eDrive" ailəsindən olan elektrik qurğuları daha səmərəli olacaq: güc ehtiyatının 30% artacağı gözlənilir və təkmilləşdirilmiş versiyalar üçün maksimum dizayn gücü 1000 kilovata (1 360 at gücündə) çata bilər.
Qeyd olunur ki, "X5" həm də tam ötürücülü olacaq.
Rəylər