Yunanıstanda, paytaxt Afinadan 38 kilometr məsafədə yerləşən Varnava qəsəbəsinin meşəlik ərazisində başlayan yanğını bütün cəhdlərə baxmayaraq, nəzarət altına almaq mümkün olmayıb.
Oxu.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, bu gün yanğınsöndürənlər bir nəfər qadının cəsədini aşkar ediblər.
Ümumilikdə isə təhlükəli ərazidə olan 180 nəfər fövqəladə hallar xidmətinin əməkdaşları tərəfindən xilas edilib.
Yanğınla mübarizə çərçivəsində doqquz kəndin boşaldıldığı bildirilir.
Artıq Yunanıstan kömək üçün Avropa İttifaqına (Aİ) müraciət edib. Fransa, İtaliya, Türkiyə, Rumıniya və Çexiya yanğınla mübarizə üçün Afinaya kömək edəcəklərini açıqlayıblar.
Rəylər