Zimbabve hakimiyyəti fevral ayında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarını ölkədən qovub.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin bəyanatında deyilir.
“Keçən ay Zimbabve hökuməti gözlənilmədən ölkədə inkişaf və idarəetmə vəziyyətinin qiymətləndirilməsini aparan USAİD əməkdaşlarını və podratçılarını saxlayıb və deportasiya edib”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, missiya əməkdaşları pis rəftar, sorğu-sual və hədə-qorxu ilə üzləşiblər. Miller bu cür hərəkətləri əsassız və kobud adlandırıb.
O qeyd edib ki, əvvəllər Zimbabve hakimiyyətinin ritorikası beynəlxalq əməkdaşlığa başlamaq və demokratik islahatlar aparmaq istəyi ilə bağlı bəyanatlara əsaslanırdı.
Rəylər