Portuqaliya millisinin məşqçilər heyəti komandanın qarşıdakı Millətlər Liqası oyunları üçün iştirak ərizəsini təqdim edib, Kriştianu Ronaldu yenidən seçmə komandaya dəvət alıb.
Oxu.Az xəbər verir ki, Portuqaliya millisi sentyabrda iki oyun keçirəcək. Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Roberto Martinesin yetirmələri Xorvatiya və Polşa komandaları ilə qarşılaşacaqlar.
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun 39 yaşlı hücumçusu Kriştianu Ronaldu bu matçlar üçün milliyə dəvət olunub.
Qarşılaşmalar müvafiq olaraq sentyabrın 5-də və 8-də baş tutacaq.
Ronaldu 2003-cü ildən milli komandada çıxış edir. O, 212 matçda iştirak edib, 130 qol vurub.
Rəylər