"Millətimizə təşəkkür edirəm ki, mənə hər zaman dəstək olaraq bu səviyyəyə çatdırdı".
Oxu.Az xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes (92 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimində jurnalistlərə açıqlamasında deyib.
"Hər zaman bayrağımızı yüksəklərdə dalğalandıracağam. Millətimizə təşəkkür edirəm ki, mənə hər zaman dəstək olaraq bu səviyyəyə çatdırdı. Hamı məni tənqid edə, eyni zamanda, tərifləyə bilər. Bu, insanların fikridir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Mənim paylaşımım xüsusi önəm daşımırdı. Sıradan bir paylaşım idi".
Qeyd edək ki, Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarının da bürünc medalçısıdır.
Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan yeddi medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
Anar Həsənov
Rəylər