"Atletiko Madrid" "Tottenhem"in 32 yaşlı ulduz futbolçusu Son Mini transfer etmək və Antuan Qrizmanı satmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, "Atletiko Madrid" cənubi koreyalı futbolçu ilə ciddi maraqlanır. Madrid klubu artıq Sonun nümayəndələri ilə əlaqə saxlayıb.
32 yaşlı forvardın Yaxın Şərq klublarının da maraq dairəsində olduğu, lakin onun karyerasını Avropada davam etdirməyə üstünlük verdiyi bildirilib.
Son "Atletiko"da Antuan Qrizmanı əvəz edə bilər - fransalı futbolçunun bu mövsümün sonunda MLS-ə keçməsi gözlənilir.
Qeyd edək ki, Sonun "Tottenhem"lə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. O, 2015-ci ilin yayından bu komandada çıxış edir.
Rəylər