Türkiyənin "Kocaelispor" klubunda çıxış edən Ramil Şeydayev yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək.
Məlumata görə, "Kocaelispor" klubunun mətbuat xidməti bu barədə xəbər yayıb.
Xəbərdə bildirilir ki, tərəflər arasında danışıqlar başa çatıb və Ramil Şeydayev Türkiyədə yox, Azərbaycanda oynamaq istədiyini bildirib. Klub rəsmiləri də futbolçunun istəyini anlayışla qarşılayıb və ayrılığa razılıq veriblər.
"Kocaelispor" klubu Ramil Şeydayevə ayrılıq üçün təzminat ödəyəcək. Daha öncə "Buriram Yunayted"dən Türkiyə klubuna transfer olunan Ramil Şeydayev bu altı ay ərzində 350 min dollar gəlir əldə edib.
Azərbaycanın "Neftçi" və "Sabah" klublarının Ramil Şeydayevlə danışıqlar apardığı bildirilib.
Qeyd edək ki, Şeydayev karyerası ərzində "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo"(Moskva), "Sabah" və "Buriram Yunayted"də oynayıb.
Rəylər