Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, millimizin futbolçusu Elvin Camalov klubu "Sabah"da zədələndiyi üçün heyətdən çıxarılıb.
Onun əvəzinə "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayev yığmaya dəvət alıb.
Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.
Rəylər