Azərbaycan millisinin heyətindən kənarlaşdırılan "Sabah" klubunun kapitanı Elvin Camalov təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə "Report"a klubun mətbuat katibi Elnur Həmidov məlumat verib.
29 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının IX turunda "Araz-Naxçıvan"la oyunda (1:1) zədələnib. Onun dirsəyində sınıq aşkarlansa da, əməliyyata ehtiyac olmayacağı bildirilib.
Qeyd edək ki, Elvin Camalovun əvəzinə milli komandaya Vadim Abdullayev dəvət edilib.
Rəylər