UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun son oyun günündə təmsilçimiz "Qarabağ"ı doğma meydanında 3:0 hesabı ilə məğlub edən "Tottenhem" klubunun müdafiəçisi Ben Deyvis görüşdən sonra komandasının qələbəsi ilə bağlı fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, təcrübəli müdafiəçi Ben Deyvis komandasına kömək edə bildiyi üçün məmnun olduğunu bildirib:
"Azlıqda qalsaq da, buna uyğunlaşdıq. Öz növbəmdə komandama kömək edə bildiyim üçün məmnunam. Hər oyuna ciddi yanaşırıq və qələbə qazanmağa çalışırıq. Qırmızı vərəqədən sonra çətin olacağını bilirdik. Buna baxmayaraq, döyüşü qazanmaq üçün yıxılsan da, qalxmalısan. Çox çalışdıq. Bu matçda az şey xeyrimizə olsa da, sonda layiqli qələbə qazandıq. Əlimizə düşən şansları dəyərləndirdik, qapıçımız da yaxşı seyvlər etdi".
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının II turunda "Malmö" klubunu Tofiq Bəhramov Adına Respublika stadionunda qarşılayacaq.
Rəylər