Türkiyənin "Beşiktaş" klubu ciddi maliyyə problemi ilə üzləşib. Komandanın borcu 12 milyard Türkiyə lirəsini keçib.
Oxu.Az Sporx.com-a istinadən xəbər verir ki, "ağ-qaralar"ın borcu bir il ərzində 291 milyon dollardan 327 milyon dollara yüksəlib.
Klubun hazırkı prezidenti Hasan Arat isə klubu 491 milyon dollarlıq borcla təhvil aldığını bildirib.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası "Beşiktaş" klubuna borcunu minimuma endirməsi üçün tapşırıq verib.
Rəylər